525.Az

Kəmaləddin Heydərov Ağsuda vətəndaşları qəbul edəcək


 

Kəmaləddin Heydərov Ağsuda vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən fevralın 25-də Ağsu şəhərində, Ağsu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.
 
Fövqəladə Hallar Nazirliyindən (FHN) 525.az-a verilən məlumata görə, qəbulda Ağsu, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
 
Qəbula gələn vətəndaşların qeydiyyatı Ağsu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi 51) 24 fevral 2016-cı il tarixində saat 09.00-da başlayacaq.
 
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

 





23.02.2016    çap et  çap et