525.Az

Günəş sisteminin dörd planetinin paradı bu həftə də davam edəcək


 

Günəş sisteminin dörd planetinin paradı bu həftə də davam edəcək<b style="color:red"></b> Günəş sisteminin dörd planetinin (Venera, Saturn, Mars və Yupiter) paradı bu həftə ərzində də davam edəcək.
 
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) bildirilib.

Məlumatda qeyd olunub ki, bizim en dairələrində Veneranın görüntüsü getdikcə pisləşir və həftənin sonunda yalnız üç planeti görmək mümkün olacaq.
 
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev bildirib ki, fevralın 25-də Günəş sistemində ən nəhəng planet olan Yupiterin peykləri “Ganymede” və “Callisto” ən uzaq görünən məsafəyədək, yəni 15 bucaq dəqiqəsinədək (bu, Ayın görünən radiusuna bərabərdir) aralanacaq.
 
Merkuri və Venera səhər çağı yalnız cənub en dairələrindən, Mars, Yupiter və Saturn isə gecə və səhər vaxtlarında müşahidə edilir. Neptun görünmür, Uranı isə binokl və ya teleskop vasitəsilə yalnız axşam saatlarında görmək olar. “Catalina” kometi Zürafə bürcünün fonunda yerini dəyişir və günün qaranlıq vaxtlarında müşahidə üçün əlverişlidir.
 
Yerin təbii peyki olan Ay fevralın 22-də saat 22:20-də bədirlənmiş Ay fazasına daxil olub. Həftə ərzində Ay Şir, Qız və Tərəzi bürcləri fonunda yerini dəyişəcək, səhər və gecə saatlarında görünəcək. Fevralın 26-da saat 07:27-də Ay öz elliptik orbiti boyunca Yerdən ən uzaq məsafədən keçəcək və bu məsafə 405383 kilometr (orta məsafə 384400 kilometrdir) təşkil edəcək.
 





23.02.2016    çap et  çap et