525.Az

İqtisadiyyat Nazirliyinin siyasəti tənqid edildi


 

İqtisadiyyat Nazirliyinin siyasəti tənqid edildi<b style="color:red"></b> "Hazırda sahibkarlar gözləmə mövqeyi tutublar. İqtisadiyyata əsaslı kapital qoyub yeni müəssisə yarada biləcək sahibkarların isə kreditlərə çıxışı çox çətindir".
 

"APA-Economics" xəbər verir ki, bu təkliflə Milli Məclisdə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər layihəsinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib.
 
Millət vəkili deyib ki, artıq Azərbaycan bankları manatla kreditləri yalnız müstəsna hallarda verir.

"Dollarda isə kredit götürülmür. Onlar hələ də növbəti devalvasiyanın olub-olmayacağından əmin deyillər.

Şəxsən millət vəkili kimi məndə əminlik yoxdur. İqtisadiyyat Nazirliyinin, nazir Şahin Mustafayevin baş verənlərdən bir anlayışı varmı? Onun çıxış yolları barədə bir fikri varmı? Şəxsən bu mənə qaranlıq qalırsa, yəqin ki sahibkarlar üçün zülmətdir. İqtisadiyyat Nazirliyi ictimaiyyətə bir açıqlama verməlidir. Deməlidir ki, bu problem var və çıxış yolu budur, bunları bu cür aradan qaldıracağıq", - deyə o bildirib.
 





23.02.2016    çap et  çap et