525.Az

Şəkidə gənclər, Qazaxda sahibkarlar üçün treninqlər


 

Şəkidə gənclər, Qazaxda sahibkarlar üçün treninqlər <b style="color:red"></b>

Fevralın 23-də Şəkidə gənclər, Qazaxda sahibkarlar üçün treninqlər keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Biznes planların hazırlanması", "Ekoloji təmiz kənd təsərrüfatının inkişafı", "Kənd təsərrüfatında logistika" mövzularını əhatə edən treninqlərdə biznes ideyanın formalaşdırılması, biznes planın tərtib edilməsi, ekoloji təmiz kənd təsərrüfatı və bu sahədə beynəlxalq təcrübə, logistikanın növləri, logistik mərkəzlərin yaradılması və s. barədə ətraflı məlumat verilib.
 
Bununla yanaşı, tədbirlərdə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninqlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

 





23.02.2016    çap et  çap et