525.Az

Vyana növbəti dəfə dünyanın ən yaxşı şəhəri seçildi


 

Vyana növbəti dəfə dünyanın ən yaxşı şəhəri seçildi<b style="color:red"></b>

Avstriyanın paytaxtı Vyana növbəti dəfə dünyanın ən yaxşı şəhəri seçilib.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, “Mercer” konsaltinq şirkəti tərəfindən tərtib edilən reytinqdə Vyananın bütün dünya şəhərləri içərisində ən yüksək həyat səviyyəsinə malik olduğu bildirilir. İraqın paytaxtı Bağdad şəhəri isə yenidən siyahının sonunda yer alıb.

Reytinq siyasi stabillik, səhiyyə, təhsil, cinayətkarlıq səviyyəsi, istirahət vaxtlarının təşkili, həmçinin nəqliyyat şərtləri və bu kimi onlarla göstərici əsasında tərtib olunub. Məlumatda qeyd edilir ki, Vyana şəhərində icarə haqqı və ictimai nəqliyyat digər qərb paytaxtları ilə müqayisədə xeyli ucuzdur.

Həyat üçün ən yaxşı şəhərlərin reytinqində 17-ci dəfə birinci yeri tutan Vyananın ardınca Sürix, Oklend, Münhen və Vankuver gəlir.

 





23.02.2016    çap et  çap et