525.Az

Londonda restoran-aptek açılacaq


 

Londonda restoran-aptek açılacaq<b style="color:red"></b>

Bu il fevralın axırında Londonda “Pharmacy 2” adlı restoran-aptek açılacaq.

AZƏRTAC “Arxinovosti” saytına istinadla xəbər verir ki, restoranın layihəsi ingilis rəssamı, iş adamı və eyni zamanda böyük fantaziyaya malik Demien Xirstə məxsusdur.

Restoran-aptekdə tibb müəssisələrinə xas olan bütün atributlar yer alıb.

Piştaxta arxasında dəridən hazırlanmış bar stulları düzülüb. Burada poladdan və şüşədən düzəldilmiş əşyalar restoranın interyerinə tam uyğundur.

İnteryerdə rəssamın kult işlərini xarakterizə edən açıq rənglər və kaleydoskopdan da istifadə olunub.

 





23.02.2016    çap et  çap et