525.Az

İki avtobus toqquşdu: 1 ölü, 13 yaralı


 

İki avtobus toqquşdu: <b style="color:red">1 ölü, 13 yaralı</b> Bakıda sərnişin avtobusu qəzaya düşüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb.

Marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfərin öldüyü, 13 sərnişinin xəsarət aldığı bildirilir. Hadisə yerinə 7 briqada göndərilib.

Qəzaya düşən 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusudur.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, son məlumatlara əsasən, avtobusla minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.
 





24.02.2016    çap et  çap et