525.Az
Nazir müavini: "İtkin düşən neftçilərin axtarışı davam etdirilir"
"İtkin düşən neftçilərin axtarışı davam etdirilir".
APA-nın məlumatına görə, bunu fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə deyib.
Nazir müavini bildirib ki, FHN qüvvələri axtarışlarda aktiv iştirak edir.
Qeyd edək ki, ötən il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə qəza baş verib. Qəza yanğınla nəticələnib.
Qəza baş verən zaman platformada olan 63 işçidən 33 nəfəri xilas edilib, 11 nəfər həlak olub, 19 nəfər itkin düşüb.
24.02.2016
çap et