525.Az

Ukrayna səfirliyinə kitablar hədiyyə edildi


 

Ukrayna səfirliyinə kitablar hədiyyə edildi<b style="color:red"></b>

Bakı Slavyan Universiteti (BSU) tərəfindən yaradılmış və Poltava İqtisadiyyat və Ticarət Universitetində (PİTU, Ukrayna) fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin (AMTM) direktoru Yaşar Alxasov Ukraynanın Azərbaycandakı səfirliyinin birinci katibi Yevgeni Yankovski ilə görüşüb.

AMTM-dən AZƏRTAC-a verilən məlumata görə, Y.Alxasov Azərbaycanla Ukrayna arasında mədəniyyət və təhsil sahələrində əlaqələrin inkişafında BSU-nun rolu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən təşkil edilmiş Beynəlxalq qış multikulturalizm məktəbində PİTU nümayəndələrinin iştirakı və başqa məsələlər barədə söhbət açıb.

Görüşün sonunda Y.Alxasov Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən nəşr edilmiş “Бухгалтерський облік і аудит. Термінологічний словник: українсько-російсько-англо-азербайджанський” (“Mühasibat uçotu və audit. Ukraynaca–rusca-ingiliscə-azərbaycanca terminlər lüğəti) adlı yeni dərs vəsaitinin bir neçə nüsxəsini səfirliyə hədiyyə edib. Dərs vəsaitinin müəllifləri BSU-nun və PİTU-nun müəllimləridir.

Xatırladaq ki, terminlər lüğəti Azərbaycan Respublikası Prezidenti yanında “Bilik” fondunun dəstəyi ilə nəşr edilib.

 





24.02.2016    çap et  çap et