525.Az

NASA kosmosa yeni rəsm əsərləri göndərəcək


 

NASA kosmosa yeni rəsm əsərləri göndərəcək<b style="color:red"></b>

ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) “Benny” asteroidinə Yer sakinlərinin əl işlərini göndərəcək.

AZƏRTAC buro247.az saytına istinadla xəbər verir ki, “WeTheExplorers” kampaniyası çərçivəsində həyata keçiriləcək layihədə istənilən şəxs iştirak edə bilər. Ərizələrin qəbulu martın 20-dək aparılacaq.

Rəsm əsərləri və fotolar, audioyazılar kosmos mövzusunda olmalıdır. Bunları “Instagram” və “Twitter” sosial şəbəkələr vasitəsilə göndərmək mümkündür. Əldə edilən fayllar xüsusi çipdə saxlanılacaq və daha sonra “OSIRIS-REx” kosmik aparatı vasitəsilə fəzaya buraxılacaq.

Qeyd edək ki, keçən il də buna bənzər aksiya keçirilib, “OSIRIS-REx” aparatının bortundan kosmosa 442 min ad göndərilib.

Təşkilatçılar bildiriblər ki, hər iki çip həmişəlik kosmosda qalacaq.

 





24.02.2016    çap et  çap et