"Valyuta tənzimi haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanuna Azərbaycan Prezidentinin etirazı parlamentin plenar iclasında müzakirə olunub.
Prezidentin etirazının əsaslı olduğu və dəyişikliklərin məqsədəuyğun olmaması barədə qərara gəlinib.
Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsinin I hissəsinə uyğun olaraq, Azərbaycan prezidenti İlham Əliyev Milli Məclis tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"Azərbaycan Respublikasının Qanununu imzalamadan 2016-cı il fevralın 3-də Milli Məclisə geri qaytarıb.
Milli Məclisin sədri isə Azərbaycan Prezidentinin qaytardığı "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 21-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəyinə göndərib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 2016-cı il fevralın 9-da keçirdiyi iclasda bu məsələyə baxaraq, "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"Azərbaycan Respublikası Qanununun məqsədəuyğun olmaması barədə Azərbaycan prezidentinin təklifinin qəbul edilməsini Milli Məclisə təklif edib.
Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 21-ci maddəsinin ikinci hissəsini rəhbər tutaraq, parlament qərara alıb ki, "Valyuta tənzimi haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanunun məqsədəuyğun olmaması barədə Azərbaycan prezidentinin təklifi qəbul edilsin.
KAMİL
çap et