525.Az

“Diplomatiya Aləmi” jurnalının Xocalı soyqırımı ilə bağlı xüsusi buraxılışı


 

“Diplomatiya Aləmi” jurnalının Xocalı soyqırımı ilə bağlı xüsusi buraxılışı <b style="color:red"></b>

Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Xarici İşlər Nazirliyinin “Diplomatiya Aləmi” jurnalının “Xocalı soyqırımı: 26 fevral 1992-ci ildə Xocalıda törədilmiş cinayətin pislənilməsinə dair rəsmi sənədlər” adı xüsusi buraxılışı çap edilib.

Nazirlikdən 525.az-a verilən məlumata görə, xüsusi buraxılışın “Xocalıda cinayət: cinayəti törədənlər və beynəlxalq hüquqi məsuliyyət” adlanan giriş hissəsində Xocalı soyqırımının törədilməsinə görə Ermənistan Respublikası və onun siyasi-hərbi rəhbərliyində olan şəxslərin beynəlxalq hüquqi məsuliyyəti təhlil və izah edilib. Ermənistanın beynəlxalq humanitar hüququ və insan hüquqlarına aid fundamental sənədləri kobud şəkildə pozaraq Xocalıda soyqırımı, insanlıq əleyhinə cinayət və hərbi cinayətlər törətməsinə dair əsaslandırılmış beynəlxalq hüquqi dəlillər təqdim olunub.

Buraxılışın ümumi hissəsində isə aparılmış fəaliyyət nəticəsində Xocalı soyqırımını tanıyan və pisləyən 11 ölkənin (Bosniya və Herseqovina, Çex Respublikası, İordaniya, Pakistan, Kolumbiya, Qvatemala, Honduras, Panama, Peru, Sudan və Meksika), İslam Əməkdaşlıq Təşkilatının, eləcə də ABŞ-ın 20 ştatının qəbul etdiyi rəsmi sənədlər yer alır.

Xüsusi buraxılışın Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları vasitəsilə beynəlxalq təşkilatlara, digər dövlətlərin rəsmi və ictimai dairələrinə yayılması nəzərdə tutulub.

 





24.02.2016    çap et  çap et