525.Az

"Güzəştli kreditlərin verilməsi davam etdiriləcək"


 

"Güzəştli kreditlərin verilməsi davam etdiriləcək"<b style="color:red"></b> Azərbaycanda hər bir rayonun il ərzində fəaliyyəti qiymətləndirilərkən iş yerlərinin yaradılması, sahibkarlıq mühitinin yaxşılaşdırılması məsələləri nəzərə alınacaq.
 
“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
 
Onun sözlərinə görə, bununla bağlı rayon icra hakimiyyətlərinin üzərinə konkret vəzifələr qoyulub:

“Azərbaycanda sahibkarlığın inkişafına böyük imkanlar yaradılır, güzəştli kreditlər verilir. Sahibkarlar üçün ən güzəştli şərtlərlə kreditlər verilməsi davam etdiriləcək. Sahibkarlara vergi güzəştləri edilir. Mən sahibkarlıq fəaliyyəti ilə bağlı göstəricilərin aşağı düşəcəyinə inanmıram.

Əksinə, yoxlamalar azalır, şəffaflıq artır, Vergi Məcəlləsinə dəyişiklik edilib.

Prezidentin hökumət strukturlarına tapşırığı bundan ibarətdir ki, sahibkarlığın işinə müdaxilələr minimuma endirilməlidir. Bütövlükdə bütün bunlar Azərbaycanda investisiya mühitini daha da yaxşılaşdıracaq.”.
 





24.02.2016    çap et  çap et