525.Az

“Yeni Üfüq” Moskvada Xocalı soyqırımını andı


 

“Yeni Üfüq” Moskvada Xocalı soyqırımını andı<b style="color:red"></b>

Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə anım tədbiri keçirib.

Birliyin Moskva təmsilçisi Habil Məmmədovun 525.az-a verdiyi məlumata görə, tədbirdə ilk olaraq şəhidlərin ruhuna Qurani-Kərimdən dualar oxunub.

Tədbirdə çıxış edən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib ki, Xocalı faciəsi xalqımıza erməni qəsbkarlarının törətdiyi soyqrım aktıdır.

O, xaricdə yaşayan bütün azərbaycanlıları milli faciəmiz olan Xocalı soyqrımını yaşadıqları şəhərlərdə bütün millətlərə savadlı şəkildə əyani olaraq, faktlarla tanıtmağa borclu olduqlarını bildirib.

C.Əzimbəyli bu haqq işində, əqidəsindən asılı olmayaraq, hər bir azərbaycanlını Azərbaycanın dövlət və milli maraqları baxımından vəhdət halında hərəkət etməyə səsləyib.

Tədbirdə çıxış edən din adamları və çoxlu sayda gənclər belə tədbirlərin xaricdə səmimi bir şəraitdə keçirilməsinin önəmini xüsusi vurğrlayıblar.

Sonda bütün Vətən şəhidlərinin əziz ruhuna dualar oxunub və ehsan süfrəsi açılıb.

 





25.02.2016    çap et  çap et