525.Az

“Balacaların böyük məhəbbəti” adlı kitab sərgisi


 

“Balacaların böyük məhəbbəti” adlı kitab sərgisi <b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında Əməkdar İncəsənət Xadimi, yazıçı, şair, pedaqoq Abdulla Şaiqin anadan olmasının 135 illiyinə həsr olunmuş tədbir keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə kitabxana əməkdaşlarının ədibin yaradıcılığı əsasında hazırladığı “Balacaların böyük məhəbbəti” adlı kitab sərgisi ilə də tanış olublar.

Tədbirdə Abdulla Şaiqin ev muzeyinin böyük elmi işçisi G.Əsədova Vətənə canı, qanı, ruhu ilə bağlı olan, xalq arasında böyük nüfuz qazanan Abdulla Şaiqin yaradıcılığı barədə məlumat verib. Ömrünün son günlərinə qədər uşaqlar üçün yazıb-yaratmış, bir-birindən gözəl, yüksək tərbiyəvi əhəmiyyətli əsərləri ilə gənc nəslin maariflənməsinə çalışmış ədibin əsərlərinin indi də böyük əhəmiyyət kəsb etdiyi bildirilib.

Gəncədən gəlmiş məktəblilər, həmçinin paytaxtın 189-190 nömrəli tam orta məktəb şagirdləri A.Şaiqin “Köç”, “Məktub yetişmədi” hekayələrini təhlil edib və ədibin uşaqlar üçün sadə dildə yazdığı şeirləri səsləndiriblər.

Tədbirdə 6-cı sinif şagirdləri - Məhəmməd Nəbizadə və Rəhman Məhərrəmlinin hazırladıqları Abdulla Şaiq yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

 





25.02.2016    çap et  çap et