525.Az

“Nazim Hikməti Anma Gecəsi”


 

“Nazim Hikməti Anma Gecəsi”<b style="color:red"></b>

04 mart 2016-cı il tarixində saat 18:00-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi, Türkiyənin Azərbaycan səfirliyi nəzdində fəaliyyət göstərən Bakı Yunus Emre İnstitutu təşkilatçılığı ilə "Türk Ədəbiyyatı Günləri” çərçivəsində ilk proqram “Nazim Hikməti Anma Gecəsi” həyata keçiriləcək.

Nazirlikdən 525.az-a verilən məlumata görə, proqramda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Türkiyə səfiri Alper Coşqunla yanaşı, şairlər, yazıçılar və alimlərin iştirakı gözlənilir.

Qonaqlar arasında Nazim Hikmətlə qarşılaşma şansını əldə edənlər, şairin yaradıcılığı ilə bağlı əhəmiyyətli işlər görmüş önəmli şəxsiyyətlər olacaq.

Xatırladaq ki, YUNESKO 2002-ci ili Nazim Hikmət ili elan edib.

 





25.02.2016    çap et  çap et