525.Az

Xocalı - (şeir)


 

Xocalı - <b style="color:red">(şeir)</b>

Bir qəfil xəyanətə,
Qurban getdi Xocalı.
Söndü neçə insanın,
Yanan odu-ocağı.

Qarlı-boranlı gecə,
Ah-nalə göyə qalxdı.
Düşmən neçə körpəni,
Qanlı süngüyə taxdı.

Qıydılar çox canlara,
Yaşlıya, cavanlara.
Ermənilər zülm etdi,
Dinc, sakit insanlara.

Ürəyində bir arzu,
Dilimdə min dilək var.
Qoy ölsün qaniçənlər!
Dinc yaşasın insanlar!

Mənim də Qarabağım,
Azad olsun yağıdan.
Bununçün kömək etsin,
Bizə böyük Yaradan!

Aytac MƏRDANOVA
258 saylı məktəbin IX sinif şagirdi

 





25.02.2016    çap et  çap et