525.Az

Xocalı faciəmiz sonu bilinməyən erməni məkri və qəddarlığı fonunda


 

Xocalı faciəmiz sonu bilinməyən erməni məkri və qəddarlığı fonunda<b style="color:red"></b>

Türk-erməni münaqişəsinin kökü lap uzaqlardan başlasa da, XIX əsrin sonu XX əsrin əvvəllərində daha da güclənmişdi.

Vaxtı ilə Qafqaz dairəsinin canişini general-adyütant qraf Vorontsov-Daşkovun ermənilər və "Daşnaksütun" terrorçu təşkilatı ilə bağlı söylədiyi fikirlər elə bu gün də aktualdır.

O, ermənilərin fitnəkarlığından bəhs edərkən  onların monoetnik Ermənistan yaratmaq istəyinin  faciələrə gətirəcəyini uzaqgörənliklə bildirmişdi. Rusiya, Fransa və İngiltərənin  daşnaklara canyananlıq etməsi Cənubi Qafqaz, Şimali Qafqaz və Anadoluda, o cümlədən,  Avropada vəziyyəti kəskin hala gətirib çıxardı. Belə siyasət ermənilərin əvvəlki ambisiyalarında bulunması üçün şərait yaratdı. Nəticə kimi heç bir əsas olmadan İrəvan xanlığı, Qars vilayəti, Ərzurum torpaqlarının hesabına Ermənistan yaradıldı. Əski türk torpaqlarında, İrəvanın mərkəzi  hissəsində XX əsrin 50-ci illərində ermənilərin türkləri soyqırıma məruz qoymasına baxmayaraq, onlar utanmadan soyqırım  qurbanlarının şərəfinə Memorial abidə kompleksi  ucaltmaqla bu cəlladlar xalqı türklərə qarşı qana, qisasa çağırdılar. Bu çağırış bu gün də hər vəchlə davam etdirilməkdədir. Bu gün vaxtı ilə yarım milyondan artıq türk yaşayan bir regionda bir nəfər də olsun türk qalmayıb. Əksinə ermənilərin  torpaq iştahası, türkləri soyqırımına məruz qoymaq istəyi  o qədər artıb ki, onlar Azərbaycanın dağ və aran hissələrini, Qazax, Tovuz və Naxçıvanın bir neçə yaşayış məskənlərini də işğal edib erməni torpaqları kimi tanıtmağa səy göstərməkdədirlər. Təbii ki, bütün bu mənfurluq onların etnik-milli  kimliyindən  irəli gəlir.

Ermənilərin şəxsi, etnik-milli keyfiyyətləri, kimliyi, xarakteri haqqında nəinki türklər, həm də qeyri-türklər yetərincə  dəyərli  fikirlər söyləmişlər. Onların əksəriyyəti (S.Qlinka, A.Qriboyedov, A.Puşkin, J.Malevil, V.Veliçko, İ.Kanadpev, İ.Çavçavadze, V.Qurko-Kryajin, Y.Pompeyev, S.Uimz, hətta milliyyətcə erməni R.Arakelov və başqaları) ermənilərlə bağlı çoxsaylı neqativ etiraflar etmişlər. Bununla belə ermənilərin özlərinin və onlara havadarlıq edənlərin həyasızlığı da az  olmamışdır. Məsələn, hələ XX əsrin 80-ci illərinin sonlarında Rusiya Prezidentinin Millətlərarası münasibətlər üzrə erməniyönümlü müşaviri  Qalina Starovoytova Dağlıq Qarabağ Muxtar Vilayətinin deputatlarının azərbaycanlı deputatlarsız vilayətin Azərbaycandan qoparılması ilə bağlı qərar qəbul etmələrini təəccüblə qarşılamaqla, həm də bu faktı "böyük nöqtənin başlanğıcı, "iri seriyalı" tarixi hadisələrin dünyada ağlasığmaz əks-səda doğuracağını söyləməklə, hər gün olacaq hadisələri qeyd etməyi təklif etməklə bildirmişdi ki, "mən çox təəssüf edirəm ki, mənim rus xalqım birliyə və həmrəyliyə hazır deyil, lakin sevinirəm ki, ölkənin başqa xalqı (yəni, ermənilər) buna hazırdır".

İndi Qalina Strarovoytova, Yelena Bonner-Əlixanyan, Andrey Saxarov, Andrey Nuykin və başqa bu kimi erməni təəssübkeşləri gəbərib cəhənnəmlik olsalar da, erməni məsələsi, Xocalı, Daşaltı, Bağanıs-Ayrım, Kərkicahan və onlarca digər faciələrin ocaqları, təəssüf ki, yuxarıdakı çağırışlar nəticəsində közərib-kükrüməkdə olduğu halda, neçə-neçə azərbaycanlı ocaqlarının közü sönməkdə, alovu öləziməkdədi. Amma əzazilliyinə, qəddarlığına görə Xocalı dünyanın gördüyü bu qəbildən olan hadisələrin hamısını arxada qoydu. Bununla belə ruslar, erməniyönümlü müəlliflər ziddiyyətli mövqedə dayanmaqla imansızlığa, allahsızlığa yol verdilər. O vaxtkı "İzvestiya", "Krasnaya zvezda", "Moskovskiye novosti" və s. kimi qəzetlər bir-birini təkzib edən materiallarla onsuzda bu vəhşiliklərin erməni separatçıları və 366-cı rus motoatıcı polkunun əsgərləri tərəfindən törədildiyini etiraf etmək zorunda qaldı. Hadisənin şahidləri olanlar gördüklərinin analoqu olmadığından danışmışdılar. Məsələn, 366-cı motoatıcı alayın sıravi əsgəri Y.Yaxoviç ermənilərin etdiklərini dəhşətlə xatırlayaraq  demişdi. "...Gördüklərimizə dözə bilmirdik. Elə buna görə də polku tərk edib Xocalıdan qaçdıq".

Moskvada nəşr olunan məşhur "İzvestiya" qəzetinin müxbiri V.Belix isə yazırdı: "... Bir-birinin ardınca ermənilər Ağdama canlı əsirləri öz ölüləri ilə dəyişməyə gətirirdilər. Gecələrsə elə dəhşətlər olurdu ki, eləsinə heç yerdə  rast gəlməzsiniz: oyulub çıxarılmış gözlər, kəsilmiş qulaqlar, dərisi soyulmuş cəsədlər, başları kəsilmiş bədənlər, bir-birinə bağlanmış neçə cəsədlərin iplə zirehli maşınların dalında dartılması, nələr, nələr... Təhqirin həddi-hüdudu yoxdur".

366-cı motoatıcı alayın digər bir hərbçisi mayor Kraverts isə aşağıdakıları dilə gətirmişdi: "...Mən Stepanakertdən yaralıları vertolyotla daşıyırdım. Yerdə gözümə cəsədlər dəyirdi. Aşağı enəndə bortmexanikim qışqırdı: "Bax, oradakılar qadınlar və uşaqlardı". Mən özüm də baxanda orada  iki yüzə qədər ölü cəsədi  gördüm ki, onların arasında əli silahlı adamlar gəzirdilər. Sonra biz ölüləri götürmək istədik. Bizimlə birlikdə yerli milis kapitanı vardı, adı  yadımdan çıxıb. Ölülərin içində o, öz dördyaşlı ölmüş oğlunun dağılmış beynini görəndə özünü tamam itirib bayıldı. Digər uşağa yaxınlaşanda onun kəsilmiş başını gördük. Ərazi  cəsədlərlə dolu idi".

Fransalı jurnalist Yan-iv Yunet isə Xocalıda gördüklərini söyləməkdə əzab çəkirdi: "Bu, vahiməli mənzərə idi. Mən müharibələr, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm, amma ermənilər 5-6 yaşlı uşaqları, dinc əhalini qurmaqda hamını ötüb keçibdi".

Neçə-neçə kadrlar başı tamamilə dağıdılmış kişi meyitləri, gözü çıxarılmış uşaqlar, sifəti vahiməli vəziyyətə salınmış qadınlar, dəlik-deşik edilmiş üzlər, meyiti donmuş qocalar, qadınlar, uşaqlar... Bu vəhşiliklərin hamısının "müəllifləri" ermənilər və onların havadarlarıdır. Vandallığın, vəhşiliyin sonu yoxdur. Bu isə hamımızı - o cümlədən, nəvəm Mələkxanımı sarsıdır,  televiziya kanallarında göstərilən kadrları o, daim ürəkağrısı ilə, hıçqıra-hıçqıra qarşılayır. O mənə hələ dörd yaşındaykən ermənilərin niyə belə etməsi ilə bağlı çoxsaylı suallar vermişdi. Mənsə cavab verməkdə çətinlik çəkirdim. Mələkxanımla bizim belə mükalimələrimiz zamanı isə mən mat-məətəl durub məchul bir nöqtəyə çox baxmışam. Baxa-baxa da içimi yemişəm. Bəzən mənim cavablarım ortaya gəlsə də, Mələkxanım onlarla razılaşmayıb. Çünki şəkillərdə, ekranlarda gördüklərindən o, haldan-hala düşür, kəkələyir, uçunur...

Bundan sonra, elə bundan əvvəllər də olduğu kimi, deyəsən, ermənilər türkləri qırmaqda, onlara arxadan zərbə vurmaqda, yəqin ki, davam edəcəklər. Ağdamda, Yevlaxda, Bakıda və neçə-neçə başqa şəhərlərimizdə, yaşayış məntəqələrimizdə, eyni zamanda bu günün özündə Türkiyənin müxtəlif bölgələrində onlar belə çirkin niyyətlərini həyata keçirməkdədirlər. Ermənilərin həm əvvəllər, həm bizim dövrdə "düzənlədiyi" Xocalı faciəsi, türklərə qarşı apardığı soyqırım siyasəti nəinki Cənubi Qafqaz, Şimali-Qafqaz, Anadolu, həm də bütün dünyada qorxunc təhlükə mənbəyi kimi qalmaqdadır. Türklərin  və dünya xalqlarının  erməni dəhşətlərinə qarşı gücü və səyi birləşdirməlidir ki, Xocalı faciəsi kimi dəhşətləri ermənilər bir də təkrar etmək iqtidarında olmasınlar. Belə yerdə deyirik ki, Allah türklərə səbr verməsin.

 





25.02.2016    çap et  çap et