525.Az

Baş bankirdən təkzib: "Novruz bayramı ərəfəsində devalvasiya olmayacaq"


 

Baş bankirdən təkzib: "Novruz bayramı ərəfəsində devalvasiya olmayacaq"<b style="color:red"></b>

Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov Novruz bayramı ərəfəsində devalvasiya olacağı barədə yayılan xəbərlərə münasibət bildirib.

E. Rüstəmov jurnalistlərə açıqlamasında deyib ki, bu barədə yayılan şaiyələrin əsası yoxdur.

“Görürsünüz ki, son zamanlar Azərbaycan manatı xarici valyutalar qarşısında möhkəmlənir.

Digər tərəfdən, neftin qiyməti ilə bağlı dövlət büdcəsinə yenidən baxıldı. Həmçinin, müşahidə edirik ki, son zamanlar neftin qiyməti yüksək olmasa da, stabil qalıb" - deyən E.Rüstəmov bildirib ki, ölkənin xarici ticarət balansı ilə bağlı vəziyyət də inkişafa doğru gedir:

“Üzən məzənnə”yə keçiddən sonra manatın kursunda problem müşahidə olunmur. Bütün bunlar onu deməyə əsas verir ki, növbəti devalvasiya bağlı deyilənlərin heç bir əsası yoxdur”.

E.Rüstəmov həmçinin, banklarla bağlı problemə toxunaraq qeyd edib ki, bank sektorunda konsolidasiya prosesi artıq yekunlaşıb.

"Altı bankın lisenziyası ləğv olunub" - deyən E.Rüstəmovun sözlərinə görə, sistemdən zəif banklar uzaqlaşdırılıb.
 
O deyib ki, bunun nəticəsində bank sektorunun dayanıqlığı yüksəlib:

"Yalnız "AGBank" kapitallaşma ilə bağlı problemi həll etmək üzrədir. Güman edirəm, indiki mərhələdə konsolidasiya prosesini yekunlaşdırmışıq" - deyə, baş bankir bildirib.

KAMİL

 





26.02.2016    çap et  çap et