525.Az

Koreyada “Xocalıya ədalət” kampaniyası çərçivəsində tədbirlər davam etdirilir


 

Koreyada “Xocalıya ədalət” kampaniyası çərçivəsində tədbirlər davam etdirilir<b style="color:red"></b> Azərbaycanın Koreyadakı Səfirliyinin təşəbbüsü ilə  Seul şəhərinin mərkəzi ərazisində yerləşən Yongsan  rayonunun İtaevon küçəsində “Xocalıya ədalət” banerləri asılıb.
 
Səfirlikdək APA-ya bildirilib ki, Xocalı soyqırımı barəsində Koreya ictimaiyyətinə geniş məlumat vermək məqsədi fevral ayının 23-dən asılan banerlər 15 gün orada qalacaq. Məlumata görə, 21.87 kv.km əraziyə malik olan və 227 min əhalinin yaşadığı Yongsan rayonu Seul şəhərinin mərkəzi rayonlarından biri olmaqla bərabər xarici turistlərin ən çox ziyarət etdiyi ərazilərdəndir. Rayonda əsasən, xarici ölkələrin Seulda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların binaları yerləşir.
 
“Xocalıya ədalət” kampaniyası çərçivəsində fevral ayının 23-25-də "BUTA" Azərbaycan-Koreya Tələbə Təşkilatının üzvləri soyqırımı barəsində səfirlik tərəfindən Koreya dilində hazırlanmış müxtəlif tipli təbliğat materiallarını şəhər sakinlərinə paylayıblar.
 
Xocalı soyqırımı barəsində Koreya ictimaiyyətinə geniş məlumat vermək məqsədi ilə ölkənin koreya və ingilis dilli KİV-ində məqalələr dərc edilib, həmçinin, səfirlik tərəfindən hazırlanmış press-relizlər Koreyanın müxtəlif qurumlarına, Seulda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinə və beynəlxalq təşkilatlara göndərilib. Bununla yanaşı, səfir Rəmzi Teymurovun ölkədə ingilis dilində nəşr olunana “Korea Herald “qəzetində Xocalı soyqırımına dair məqaləsi dərc edilib.
 





26.02.2016    çap et  çap et