525.Az

Yunanıstanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edildi


 

Yunanıstanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edildi<b style="color:red"></b>

Yunanıstanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib.

Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

1992-ci il 26 fevral tarixində törədilmiş Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etmək məqsədi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Azərbaycanın Yunanıstandakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən anım gecəsi təşkil edilib.

Anım gecəsində Yunanıstanın Afinadakı “Ideal Cinema” kinoteatrında ABŞ və Litva kinomatoqrafçılarının birgə istehsalı olan beynəlxalq mükafatlar laureatı “Endless Corridor” (“Sonsuz Dəhliz”) adlı sənədli filmin nümayişi və “Khojaly Witness of a war crime – Armenia in the Dock” (“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə”) kitabının təqdimatı keçirilib.

Filmin baxışından sonra, Gənclər və İdman Nazirliyinin xətti ilə Yunanıstanın Afina şəhərinə ezam edilmiş gənc musiqiçilər – tarzən Kamal Nuriyev, xanəndə Mirələm Mirələmov və kamança ifaçısı Oqtay Şirinovdan ibarət muğam üçlüyü Bayatı-Şiraz, Qarabağ –Şikəstəsi muğamlarından ibarət kompozisiya ifa etmiş, Laçın haqqında mahnı səsləndirilib.

Yunanıstana səfər çərçivəsində gənc musiqiçilər Afina Konservatoriyasında əcnəbi musiqiçilər üçün “Milli musiqi alətlərimiz” mövzusunda ustad dərsləri keçib, milli musiqimiz,muğamlarımız haqqında geniş məlumat veriblər.

 





26.02.2016    çap et  çap et