525.Az

Aktauda Xocalı faicəsi anıldı


 

Aktauda Xocalı faicəsi anıldı<b style="color:red"></b>

Dünən Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsuluğunun konsul dairəsinə daxil olan Atırau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Novruz” milli-mədəni cəmiyyəti tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

Baş konsulluqdan 525.az-a verilən məlumata görə, tədbirin əvvəlində Xocalı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra cəmiyyətin sədri Eldar Əhmədov çıxış edərək, 26 fevral 1992-ci ildə Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş soyqırım haqqında, ermənilərin xalqımıza qarşı apardığı soyqırımla bağlı iştirkaçılara geniş məlumat verib.

Qazaxıstan Xalqları Assambleriyasının Atırau vilayət rəhbərinin müavini Kadırqaliyev Yerkin Zadiroviç, X.Dosmuxamedov adına Atırau Dövlət Universitetinin Beynəlxalq əlaqələr kafedrasının müəllimi, professor Atabayeva Janat Vaxitovna, Atırau vilayətindəki çeçen-inquş diasporunun sədri Culbalıyev Zelimxan, çıxışlar edərək, bu faciənin təkcə azərbaycanlıların deyil, həm də digər xalqların da faciəsi olduğunu vurğulayıb və bu faciədə Azərbaycan xalqının yanında olduğlarını qeyd ediblər.

Tədbirdə, həmçinin Atırau vilayətində işgüzar səfərdə olan Qafqaz Universitetinin prorektoru professor Natiq Paşa çıxış edərək, ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətdən danışıb.

Çıxışlardan sonra Xocalı faciəsi ilə bağlı film nümayiş etdirilib.

 





26.02.2016    çap et  çap et