525.Az

Neftçala sahillərində meyiti tapılmış şəxsin neftçi olduğu müəyyənləşdi


 

Neftçala sahillərində meyiti tapılmış şəxsin neftçi olduğu müəyyənləşdi<b style="color:red"></b> Fevralın 21-də Xəzər dənizinin Neftçala ərazisində aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub.
 
SOCAR-dan APA-ya verilən məlumata görə, ekspertlərin rəyinə əsasən, cəsədi tapılan şəxs SOCAR-ın Nəqliyyat İdarəsinin əməkdaşı Xudaverdiyev Cavad Xudaverdi oğludur.
 
O, dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı dəniz özülündə baş vermiş qəzada itkin düşən 3 neftçidən biridir.
 
Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.
 





26.02.2016    çap et  çap et