525.Az

Xocalı həqiqətləri Çin dilində


 

Xocalı həqiqətləri Çin dilində<b style="color:red"></b>

Azərbaycan Dillər Universitetinin (ADU) Çin dili və mədəniyyəti mərkəzində Azərbaycan universitetlərində təhsil alan Çin tələbələrinin iştirakı ilə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Universitetdən verilən məlumata görə, öncə iştirakçılar Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Çin dili və mədəniyyəti mərkəzinin müdiri, professor Rafiq Abbasov XX əsrin faciəvi hadisələrindən biri kimi Xocalı qətliamının nəticələri barədə danışıb.

Dünyada bu qanlı olay haqqında həqiqətlərin yayılması, Azərbaycan xalqının soyqırımı kimi bu faciənin tanınmasına nail olmağın vacibliyini xüsusi qeyd edib.

Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev Xocalı soyqırımının tanınması üçün beynəlxalq ictimaiyyətin səylərini intensivləşdirilməsinin vacibliyini bildirib. 

Tədbirdə çıxış edən ADU-nun əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xocalı hadisələrinin şahidi olan Vahid Əli oğlu özünün yazdığı "Xocalı" poemasından bir parça söyləyib.

Sonda tədbirdə Xocalı soyqırımı ilə bağlı sənədli filmlər nümayiş olunub.

Vəfa MƏMMƏDLİ

 





26.02.2016    çap et  çap et