525.Az

Dövlət Xidmətində Xocalı soyqırımı anıldı


 

Dövlət Xidmətində Xocalı soyqırımı anıldı<b style="color:red"></b>

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Dövlət Xidmətindən 525.az-a verilən məlumata görə, öncə Xocalı soyqırımının qurbanları 1 dəqiqəlik sükutla yad edilib.

Mərasimi açan xidmət rəisinin müavini Novruzəli Orucov Xocalının işğalı zamanı ermənilərin dəhşətli cinayətlər törətdiklərini deyib:

“Xocalıda törədilən soyqırım bütün dünyanın gözü qarşısında baş verdi. Hətta ermənilər özləri də bunu açıq etiraf edirlər. Erməni yazıçısı Zori Balayan “Ruhumuzun canlanması” adlı kitabında Xocalıda törətdikləri cinayət əməlləri geniş şəkildə açıqlayır”.

Novruzəli Orucov artıq dünyanın Xocalı faciəsini soyqırım kimi qəbul etdiyini bildirib:

“Ermənilər dünyada özlərini məzlum kimi göstərərək böyük cinayət törətdilər. İndi isə dünya ermənilərin əsl kimliyini görməyə başlayır. Artıq bir neçə ölkə, ABŞ-ın ştatları Xocalı faciəsini rəsmi şəkildə soyqırım kimi tanıyıb”.

Daha sonra “Xocalıda Son Gecə” filmi nümayiş etdirilib.

 





26.02.2016    çap et  çap et