525.Az

42 şəhərin baş plan sənədləri sifariş edildi


 

42 şəhərin baş plan sənədləri sifariş edildi<b style="color:red"></b>

Bu vaxtadək Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ölkənin 42 şəhəri üzrə baş plan sənədləri sifariş edilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, bunlardan 37 şəhərin baş planı artıq tərtib olunub, Ağcabədi, Göyçay, Xaçmaz, Salyan və Şəmkir şəhərləri üzrə isə layihə işləri davam edir. Yaxın beş ildə digər şəhərlərin də baş planlarının sifariş edilməsi nəzərdə tutulur.

Qeyd edilib ki, bütün şəhərlərin əvvəlki illərdə işlənmiş baş planları mövcuddur. Baş planların hesabat müddəti bitsə də, nəzərdə tutulan tədbirlər tam həyata keçirilməyib. Bununla əlaqədar, yeni baş plan işlənənə qədər mövcud baş planlardan maksimal olaraq istifadə olunmalıdır.

 





26.02.2016    çap et  çap et