525.Az

Siyəzəndə yanğın baş verdi


 

Siyəzəndə yanğın baş verdi

Bu gecə Siyəzən rayonu ərazisindəki 36 kilovatlıq yarımstansiyada yanğın baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yanğının söndürülməsinə Sumqayıt, Siyəzən, Şabran və Xızı rayonlarının yanğınsöndürənləri cəlb olunub.

Bir neçə saat davam edən yanğını səhər saatlarında söndürmək mümkün olub. Yanğın nəticəsində yarımstansiyanın elektriklə təmin etdiyi bəzi ərazilərdə elektrik enerjisinin nəqlində fasilələr yaranıb. Artıq həmin ərazilərə elektrik enerjisinin verilişinin bərpa olunduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 





24.09.2012    çap et  çap et