Xocalıda gördüyümüz ağlasığmaz dəhşətləri xatırlayarkən və danışarkən nitqimizi itiririk.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Xocalı faciəsi zamanı pilot olmuş Bayram Muxtarov deyib.
O bildirib ki, faciədən sonra cəsədləri daşımaq üçün fevralın 28-dən Ağdama gedib:
“Bu anları xatırlamaq bizim üçün çox ağrılıdır. Kəsilmiş insan başları, gözləri oyulmuş körpələr gördük. Cəsədlərin sayı qurtarmırdı. Gecə-gündüz yorulmadan bu işi gördük. O günlər yaddaşımıza ən dəhşətli günlər kimi həkk olub”.