525.Az

Misir prezidentini E-Bay-da satışa çıxardılar


 

Misir prezidentini E-Bay-da satışa çıxardılar<b style="color:red"></b> E-Bay internet-hərracında qeyri-adi lot keçirilib.
 

Lent.az-ın aznews.az-a istinadən xəbər verir ki, Misir prezidenti Əbdül Fəttah əs-Sisini satmaq qərarına gəliblər.

Cəmi bir neçə saat ərzində Misir liderinin dəyəri 100 min dolları ötüb. “Məhsul”un təsvirində qeyd olunub ki, əs-Sisi feldmarşal, hərbçi keçmişi olan fəlsəfə doktorudur.
 
Bununla yanaşı, Misir prezidenti “əvvəlki sahibləri tərəfindən istifadə olunmuş” kimi xarakterizə olunub. Lakin “yaxşı vəziyyətdə” olduğu da vurğulanıb. Lakin e-Bay sözügedən yumoru dəyərləndirməyib. Elan silinib.
 
Qeyd edək ki, elan əs-Sisinin iqtisadi inkişaf planı barədə danışarkən “bacarsaydım özümü satardım” kimi açıqlamasından sonra internetə yerləşdirilib.
 





27.02.2016    çap et  çap et