525.Az

“Böyüməyən Uşaqlar” filmi Səlcuk Universitetində - Fotolar - Video


 

“Böyüməyən Uşaqlar” filmi Səlcuk Universitetində - <b style="color:red">Fotolar - Video</b>

Konyada yaşayan Azərbaycanlı Tələbələr Topluluğunun təşkilatçılığı ilə Səlcuq Universitetində Xocalı Soyqırımının anım tədbiri keçirilib. Tədbir universitetin Süleyman Dəmirəl Kültür Mərkəzində baş tutub.

Modern.az saytı xəbər verir ki, tədbirdə 200-ə yaxın müəllim və tələbə heyəti iştirak edib. Onların arasında müxtəlif ölkələrdən gəlib Səlçuk Universitetində təhsil alan tələbələr də olub.

Tədbirdə Çingiz Mustafayevin Xocalıda çəkdiyi kadrlar (Türkcə alt yazı ilə) və Elşad Eyvazlının ssenarisi əsasında çəkilən “Böyüməyən Uşaqlar” filmi təqdim olunub.

Anım mərasminidə çıxış edən Səlcuq Universitetinin Kamu Hüququ bölümünün magistrı Təbriz Raufoğlu məsələnin hüququ tərəfləri ilə iştirakçıları tanış edib.

Bundan başqa professor Canər Arabacı da Xocalı həqiqətləri ilə bağlı ətraflı məlumat verib.

Sonda Konyada yaşayan Azərbaycanlı Tələbələr Topluluğunun başçısı Orxan Hüseynli çıxış edərək tədbirə qatılan hər kəsə təşəkkür edib.

 





28.02.2016    çap et  çap et