525.Az

Azərbaycan kinosu “Şərq mənzərələri”ndə


 

Azərbaycan kinosu “Şərq mənzərələri”ndə<b style="color:red"></b>

Martın 14-dən 24-dək Türkiyənin Ankara şəhərində “Şərq mənzərələri” Beynəlxalq kinofestivalı keçiriləcək. “Anadolu” informasiya agentliyinin yaydığı  xəbərə görə Azərbaycanın da təmsil olunacağı bu möhtəşəm kinofestivalda Türkiyə, İran, İraq, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Qırğızıstan və Tunis istehsalı olan ekran əsərləri nümayiş etdiriləcək.

Kinofestivalın əsas müsabiqəsinə ilkin seçimlərdən sonra müəyyən ediləcək on ən güclü film buraxılacaq.

İştirakçı ölkələrin festivalda hansı filmlərlə təmsil olunacaqları hələlik müəyyənləşdirilməyib.

GÜNEL

 

 





31.01.2013    çap et  çap et