525.Az
Baş Narkotiklərlə Mübarizə İdarəsində kadr dəyişikliyi
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinin rəisi və rəis müavini vəzifələrindən azad ediliblər.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Ramil Usubov əmr imzalayıb.
Əmrə əsasən, regional şöbənin rəisi polis polkovniki Anar Əkbərov və onun müavini polis polkovnik-leytenantı Rəfail İsmayılov vəzifələrindən azad ediliblər.
29.02.2016
çap et