525.Az

Brandenburq Darvazası önündə Xocalı soyqırımı ilə əlaqədar piket


 

Brandenburq Darvazası önündə Xocalı soyqırımı ilə əlaqədar piket <b style="color:red"></b>

Fevralın 26-da Berlinin mərkəzindəki Brandenburq Darvazası önündə Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə əlaqədar piket keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Almaniyada Azərbaycanlı Tələbə Şəbəkəsi, Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzi, "Azərbaycan Evi" və "Odlar Yurdu" təşkilatlarının dəstəyi ilə baş tutan aksiyada tələbələr və gənclər iştirak ediblər.

Piket iştirakçıları şəhər sakinlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında materialların olduğu vərəqələr paylayıb, onların suallarını cavablandırıblar.

 





29.02.2016    çap et  çap et