525.Az

Martın 27-də yay vaxtına keçiləcək


 

Martın 27-də yay vaxtına keçiləcək<b style="color:red"></b> Martın 27-də Azərbaycan ərazisində yay vaxtına keçiləcək.
 
APA-nın məlumatına görə, həmin gün saat 04:00-da saatların əqrəbləri 1 saat irəli çəkiləcək, bununla da ölkədə qış vaxtı başa çatacaq.
 
Qeyd edək ki, qış və yay vaxtlarının tətbiqi barədə Nazirlər Kabineti 1997-ci ildə qərar verib.
 
Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.
 





01.03.2016    çap et  çap et