525.Az

Fransa səfiri Tərcümə Mərkəzində


 

Fransa səfiri Tərcümə Mərkəzində <b style="color:red"></b> Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez Tərcümə Mərkəzində olub.
 
Mərkəzdən APA-ya verilən məlumata görə, qurumun direktoru Afaq Məsud bildirib ki, mərkəz dünya ədəbiyyatından tərcümə və nəşr etdiyi əsərlər sırasında Fransa ədəbiyyatına da böyük yer ayırıb:

“Jorj Simenon, Marsel Prust, Fransua Moriak, Artur Rembo, Olivye Rolan, Lui Ferdinand Selin, Pol Verlen, Mişel Uelbek, Jan Eşnoz, Marqerit Düras və digər bu kimi məşhur fransız ədiblərinin əsərləri hələ 90-cı illərdən mərkəz tərəfindən tərcümə və nəşr olunaraq, Azərbaycan oxucusuna çatdırılıb. 2014-cü ilin nobelçisi Patrik Modianonun əsərlər külliyyatı tərcümə və nəşr olunub.

Mərkəz həm də Azərbaycan ədəbiyyatını dünyaya tanıtmaq istiqamətində “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın dillərə tərcüməsini və xarici ölkələrdə nəşrini həyata keçirir.

Kitab artıq Moskvada nəşr olundu, yaxın vaxtlar da Misirdə, daha sonra digər ərəb ölkələrində və türk dilində Ankarada nəşr olunacaq.

Antologiyanın fransız dilinə tərcüməsinə gəlincə, bu işin mükəmməl səviyyədə alınması üçün Fransanın əlaqədar qurumları ilə bağlantı yaratmaq, bu işi fransız bədii tərcümə ustaları, yazıçı və şairləri ilə birgə həyata keçirmək niyyətindəyik”.
 
Səfir qeyd edib ki, iki ölkə arasında mədəni əlaqələrin qurulmasında maraqlıdır və antologiyanın həm mükəmməl tərcüməsi, həm də nəşri ilə bağlı bütün məsələlərin həllində mərkəzə yardımçı olacaq:
 
“Fransa ədəbiyyatına göstərdiyiniz bu marağa, tərcümə və nəşr olunan bu əsərlərə görə də öz dərin minnətdarlığımı bildirirəm.

Fransa ədəbiyyatının Azərbaycanda bu səviyyədə tanıdılması, yalnız sevinc və qürur hissi doğurur.

Həqiqətən də, ədəbiyyat dünya xalqları və ölkləri arasında qarşılıqlı anlaşmanın ən qısa və sabit yoludur.

Azərbaycan ədəbiyyatının Fransada tanıdılması da hər ölkə arasında ədəbi-mənəvi körpülərin əsasını qoyacaq təqdirəlayiq bir hadisədir. Bu işdə sizə hər bir köməklik göstərməyə hazırıq”.
 
Görüşün sonunda səfirə mərkəzin son nəşrlərindən olan fransız yazıçısı, 2014-cü ilin Nobel mükafatı laureatı Patrik Madianonun kitabı təqdim edilib.
 





01.03.2016    çap et  çap et