525.Az

Gürcüstan-Azərbaycan birgə şirkəti televizor istehsalına başlayır


 

Gürcüstan-Azərbaycan birgə şirkəti televizor istehsalına başlayır<b style="color:red"></b>

Gürcüstan-Azərbaycan birgə şirkəti olan "AG Telekom" televizor istehsalına başlayır.

"APA-Economics" "Georgia Online" xəbər portalına istinadən bildirir ki, bunu şirkətin direktoru Mixail Qlonti deyib.
 
Şirkət öz məhsullarını 2016-cı ilin aprel ayında bazara çıxarmağı planlaşdırır.
 
M. Qlonti deyib ki, televizorların qiyməti 180-280 ABŞ dolları arasında dəyişəcək.
 
Onun sözlərinə görə, gələcəkdə bu məhsulları Avropa bazarlarına çıxarılması planlaşdırılır.
 
Xatırladaq ki, "AG Telekom" şirkəti 2013-cü ildə Rustavi şəhərində açılıb.

 





01.03.2016    çap et  çap et