525.Az

Yaponiyada özü idarə olunan taksi yolda sınaqdan keçirilib


 

Yaponiyada özü idarə olunan taksi yolda sınaqdan keçirilib<b style="color:red"></b>

Yaponiyanın “DeNA” şirkəti içərisində sərnişinlər olan özü idarə edilən taksinin ictimai yolda sınaqlarına başlayıb.

İnformasiya texnologiyaları sahəsində tanınan bu şirkət özü idarə olunan avtomobillərin taksoparkını açmaq niyyətindədir.

Taksilərin sınağı Kanaqava prefekturasının Fucisava şəhərinin ictimai yollarında aparılıb.

Sınaq zamanı hər hansı gözlənilməz hadisə baş verəcəyi təqdirdə idarəetməni təmin etmək üçün sürücülər də avtomobillərdə olublar.

Sınaqların məqsədi özü idarə olunan avtomobillərin ictimai yollarda hərəkəti zamanı digər maşınları və sərnişinləri tanımasının yoxlanmasıdır.

AzərTAc

 





01.03.2016    çap et  çap et