525.Az

“Google” kompaniyasının pilotsuz avtomobili qəzaya uğradı


 

“Google” kompaniyasının pilotsuz avtomobili qəzaya uğradı<b style="color:red"></b>

ABŞ-ın Kaliforniya ştatında “Google” kompaniyasının pilotsuz avtomobilinin iştirakı ilə ilk yol nəqliyyat hadisəsi qeydə alınıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, ştatın avtomobil nəqliyyatının idarə edilməsi xidmətinin saytında yerləşdirilən sənədə əsasən, insident fevralın 23-də baş verib.

Pilotsuz “Lexus AV” avtomobili yol kənarına yığılan qum kisələrindən yan keçərkən qarşı zolaqda hərəkət edən şəhər avtobusu ilə toqquşub.

İnsident anlaşılmazlıq səbəbindən baş verib. Belə ki, sınaqçı pilot avtobusun avtomobilə yol verəcəyinə əmin olduğu üçün idarəetməyə müdaxilə etməyib. Qəza nəticəsində xəsarət alan olmayıb.

“Google” kompaniyası avtomobilin həmin an yerində dayanacağı təqdirdə qəza baş verməyəcəyini bildirib və insidentlə bağlı məsuliyyəti öz üzərinə götürüb. Həmçinin kompaniya hadisə ilə əlaqədar özünün pilotsuz avtomobillərində proqram təminatının dəyişdiriləcəyini də vəd edib.

 





01.03.2016    çap et  çap et