525.Az
I Avropa Oyunları ilə bağlı eksponatlar Tarixi Muzeyinə verildi
Gənclər və İdman Nazirliyi tərəfindən “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı dəyərli eksponatlar AMEA Milli Azərbaycan Tarix Muzeyinə hədiyyə edilib.
Azərbaycan Milli Elmlər Akademiyasından APA-ya verilən xəbərə görə, bunlar Azərbaycan Milli komandasının parad kostyumu, idman geyim dəsti, açılış mərasimində istifadə olunmuş məşəl və çıraqdır. Qaliblər üçün hazırlanan medallar - qızıl, gümüş, bürünc, eləcə də gümüş xatirə medalı da Muzeyin eksponatları sırasında xüsusi yer tutacaq.
Eksponatlar Muzeyin “Hədiyyələr və xatirə əşyaları” fondunda qorunacaq.
01.03.2016 çap et