525.Az

Moskva-Gəncə və Moskva-Lənkəran aviareysləri təxirə salınıb


 

Moskva-Gəncə və Moskva-Lənkəran aviareysləri təxirə salınıb<b style="color:red"></b> Rusiyanın "Ural Hava Yolları" aviaşirkəti Moskva-Gəncə və Moskva-Lənkəran aviareyslərini təxirə salıb.
 
"APA-Economics" "Yandex" axtarış sistemində yerləşdirilən məlumatlara istinadən xəbər verir ki, buna səbəb Rusiyanın paytaxtında hava şəraitinin kəskin pisləşməsidir.
 
Moskva-Gəncə aviareysinin saat 10:00-da, Moskva-Lənkəran aviareysinin isə saat 08:20-də yerinə yetirilməsi nəzərdə tutulmuşdu.
 
Qeyd edək ki, Moskvada hava şəraitinin kəskin pisləşməsi səbəbindən ümumilikdə 100-ə yaxın aviareys təxirə salınıb.
 





02.03.2016    çap et  çap et