525.Az

Mogerini: "Gərginliyin intensivliyini azaltmaq lazımdır"


 

Mogerini: "Gərginliyin intensivliyini azaltmaq lazımdır"<b style="color:red"></b> “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Aİ üçün mühüm əhəmiyyət daşıyır".
 
APA-nın “News.am”-a istinadən verdiyi məlumata görə, bunu İrəvanda səfərdə olan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bəyan edib.
 
Onun sözlərinə görə, hazırkı “status-kvo” saxlanıla bilməz, həmçinin münaqişənin hərbi yolla həlli mümkün deyil. Aİ nümayəndəsi problemin beynəlxalq hüquq normalarına uyğun və Madrid prinsipləri əsasında sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.

Eyni zamanda, F. Moqerini ən yüksək səviyyədə dialoqun davam etdirilməsinin vacibliyini qeyd edib.
 
"Gərginliyin intensivliyini azaltmaq lazımdır. Bununla belə sülh prosesinə mane olan hərbi ritorika və zorakılıqdan çəkinmək lazımdır”, deyə F.Moqerini bildirib. 

O, Avropa İttifaqının istintaq mexanizmlərinin yaradılması təşəbbüsünü dəstəklədiyini, həmçinin insanlar arasında şəxsi əlaqələrin qurulmasına dəstək verməyə hazır olduğunu bildirib.
 





01.03.2016    çap et  çap et