525.Az

Ötən il 13 hakim intizam məsuliyyətinə cəlb edilib


 

Ötən il 13 hakim intizam məsuliyyətinə cəlb edilib<b style="color:red"></b>

Ötən il ərzində Azərbaycanda 13 məhkəmə hakimi intizam məsuliyyətinə cəlb edilib.

APA-nın məlumatına görə, bu barədə Məhkəmə-Hüquq Şurasının (MHŞ) ötən gün keçirilən iclasında bildirilib.

Qeyd olunub ki, ötən il səlahiyyət müddətləri başa çatan 100-dək hakimin və məhkəmə sədrinin fəaliyyəti yerində öyrənilərək qiymətləndirilib.

Qanunvericiliyin tələblərinin pozulmasına, o cümlədən korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə 13 hakim intizam məsuliyyətinə cəlb edilib.

 





02.03.2016    çap et  çap et