525.Az

“Şeirlər və məqalələr” kitabının birinci cildi nəşr olundu


 

“Şeirlər və məqalələr” kitabının birinci cildi nəşr olundu<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə şair Əhməd Cəmilin “Şeirlər və məqalələr” kitabının birinci cildi çap olunub. Kitabın redaktoru Paşa Əlioğlu, tərtibçiləri isə Sevil Cəmilzadə və Eldar Cəmilzadədir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu kitabda şairin müxtəlif vaxtlarda yazdığı şeirləri və məqalələri yer alır. Burada, həmçinin şairin həyat və yaradıcılığının səciyyəvi xüsusiyyətləri, müraciət etdiyi mövzular haqqında qısaca məlumat verilir.
 
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çapı başa çatdırılan kitab Nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq.

 





02.03.2016    çap et  çap et