525.Az
Son 10 ildə 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb
Ötən il Məhkəmə-Hüquq Şurasının (MHŞ) fəaliyyətə başlamasının 10 ili tamam olub.
APA-nın məlumatına görə, MHŞ-nin iclasında bildirilib ki, aparılan islahatlar çərçivəsində məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə 20-dək yeni, o cümlədən regional apellyasiya məhkəmələri yaradılıb, hakimlərin ştat sayı 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı isə 75% artırılıb.
İnsan haqlarının etibarlı təmini məqsədilə inzibati ədliyyə institutu təsis olunaraq 7 bölgədə yeni məhkəmələr fəaliyyətə başlayıb.
Kobud qanun pozuntuları və digər neqativ hallara yol verən 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb.
Avropada nümunə kimi göstərilən yeni qaydalar əsasında 300-dən artıq yüksək hazırlıqlı hüquqşünas seçilərək hakim təyin edilib.
02.03.2016
çap et