525.Az

Xalça Muzeyində yeni direktor


 

Xalça Muzeyində yeni direktor<b style="color:red"></b> Azərbaycan Xalça Muzeyinə direktor təyinatı olub.

Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Şirin Məlikova Azərbaycan Xalça Muzeyinin direktoru təyin olunub. Martın 2-də yeni direktor muzeyin kollektivinə təqdim edilib.
 
Şirin Məlikova Bakı şəhərində anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsini bitirib. 1999-2001-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə magistr təhsili alıb.

Həmçinin Mədəniyyət və İncəsənət Universitetində və Dövlət Rəssamlıq Akademiyasında müəllim işləyib.

2009-cu ildə “Qız qalası” Qalereyasında sənətşünas və layihə meneceri, 2011-ci ildən Heydər Əliyev Fondunda incəsənət üzrə ekspert vəzifəsində çalışıb.

Eyni zamanda Heydər Əliyev Mərkəzində və xarici ölkələrdə keçirilən sərgi, festival və digər mədəniyyət tədbirlərinə təşkilatçılıq edib. Azərbaycan rəssamlarına həsr olunmuş 10 kitabın və 40-a yaxın elmi məqalənin müəllifidir.
 
Qeyd edək ki, bu yanvarın 1-də Xalça Muzeyinin keçmiş direktoru Röya Tağıyeva ilə bağlanmış müqavilənin vaxtı bitdiyindən həmin dövrdən direktor vəzifəsini muzeyin baş mühafizi Mira Məmmədxanlı icra edib.
 





02.03.2016    çap et  çap et