525.Az

Gündə bir fincan çay içmək infarkt riskini azaldır


 

Gündə bir fincan çay içmək infarkt riskini azaldır<b style="color:red"></b>

Amerikalı tədqiqatçılar zənn edirlər ki, çay ürək və damarlar üçün çox faydalıdır.

AZƏRTAC Rusiyanın rg.ru saytına istinadla xəbər verir ki, onlar 6 min nəfərin iştirakı ilə tədqiqat aparıblar.

Məlum olub ki, gündə bir fincan çay içən insanlarda ürək tutması və ya digər ürək-damar patologiyaları çay içməyənlərlə müqayisədə 35 faiz azdır.

Hollandiyalı alimlər isə gündəlik 3-5 fincan çay içməyi məsləhət görürlər. Çay həvəskarlarının ürək ətrafındakı tac arteriyalarında kalsium çöküntüləri az müşahidə olunur. Bu çöküntülər isə ürək problemlərinin əsas səbəbidir.

Eyni zamanda, alimlər qeyd edirlər ki, onlar yalnız müşahidə xarakterli araşdırma aparıblar. Alınmış nəticələr hələ elmi sübut sayıla bilməz. Ola bilsin ki, çay həvəskarları daha sağlam həyat tərzi sürürlər.

Tədqiqatçılar çayın insana qoruyucu təsir göstərməsinin səbəbini dəqiq deyə bilmirlər. Onların fikrincə, bu, çayın tərkibindəki antioksidantlarla bağlıdır.

 





02.03.2016    çap et  çap et