525.Az

“Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir


 

“Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir<b style="color:red"></b>

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 2016-cı il üçün fəaliyyət planına uyğun olaraq, bu gün Nərimanov Rayon İcra hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib.

Xidmətdən 525.az-a verilən məlumata görə, tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsinin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.     

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov tədbirin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyətini qeyd edib. 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov Xidmətin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı həyata keçirdiyi işlərdən danışıb.

General-mayor N.Orucov qeyd edib ki, ən müasir hərbi texnika, silah-sursatla təchiz edilmiş Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizin azad edilməsi üçün Ali Baş Komandanın əmrini gözləyir.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov, şəhid anası Sona Vəliyeva, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli gənclərin Vətənimizin müdafiəsinə daim hazır olduqlarını bildiriblər.

Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb.

Tədbirin bədii hissəsində Nərimanov rayonunun müxtəlif məktəblərinin şagidləri, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.

 





02.03.2016    çap et  çap et