525.Az
İsmayıllının polis rəisi işdən çıxarıldı
İsmayıllı rayon Polis Şöbəsinin rəisi işdən çıxarılıb.
APA-nın məlumatına görə, şöbənin rəisi Nizami Qocayev xidmətdə olmanın son yaş həddi ilə bağlı tutduğu vəzifədən kənarlaşdırılıb.
Rayon Polis Şöbəsindən APA-ya N. Qocayevin işdən çıxarılması xəbərini təsdiqləyiblər.
Bildirilib ki, şöbənin rəisi vəzifəsini hazırda rəis müavini Şöhrət Kərimov icra edir.
APA-nın əldə etdiyi məlumata görə, N. Qocayev başqa vəzifəyə təyinat alıb.
02.03.2016
çap et