525.Az

Kanadada Xocalı soyqırımı ilə bağlı sərgi


 

Kanadada Xocalı soyqırımı ilə bağlı sərgi<b style="color:red"></b>

Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Kanadanın Toronto şəhərində Azərbaycanın bu ölkədəki səfirliyi və “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi tərəfindən “Xocalı - müharibəyə yox!” uşaq rəsm sərgisi təşkil edilib.

Səfirlikdən AzərTAc-a verilən məlumata görə, sərgidə “Vətən” Mərkəzinin 6-9 yaş arası şagirdlərinin əl işləri ilə bərabər, qərargahı Bakıda yerləşən “Addım” qeyri-hökumət təşkilatı tərəfindən təqdim olunmuş Azərbaycanın yuxarı sinif məktəblilərinin rəsm əsərləri də nümayiş etdirilib.

Azərbaycan və türk diasporunun təmsilçiləri, kanadalı qonaqlar, azərbaycanlı və xarici tələbələr, o cümlədən Türkiyənin Torontodakı baş konsulu Erdeniz Şen də tədbirdə iştirak ediblər.

Əvvəlcə “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin direktoru və sərginin təşkilatçısı Lalin Həsənova tədbiri açdıqdan sonra səfirliyin konsulu Faiq Babayev çıxış edərək Xocalı dəhşətləri haqqında məlumat verib.

Çıxışlardan sonra Mərkəzin şagirdlərinə sertifikatlar təqdim edilib və qonaqlar uşaqların əl işləri ilə tanış olublar.

Tədbir çərçivəsində Xocalı faciəsinə aid və uşaqların müharibəyə qarşı hisslərini əks etdirən videoçarxlar nümayiş etdirilib, iştirakçılara soyqırımı haqqında broşürlər paylanılıb.

 





03.03.2016    çap et  çap et