525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Bakı və Abşeron yarımadasında martın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 14-19, bəzi yerlərdə 23, Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında martın 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.
 
Havanın temperaturu gecə 5-10, gündüz 16-21 dərəcə isti, bəzi yerlərdə 26 dərəcəyədək isti, dağlarda gecə 2-7, gündüz 13-18, bəzi yerlərdə 21 dərəcə isti olacaq.
 





03.03.2016    çap et  çap et